Prezident Baş nazirin təklifini qəbul etdi - Parlament buraxılır


Yunanıstan prezidenti Prokopis Pavlopulos parlamenti buraxıb növbədənkənar parlament seçkiləri təyin etmək barədə baş nazir Aleksis Tsiprasın təklifini qəbul edib.

Bu təklif A.Tsipras tərəfindən dörd ay əvvəl, rəhbərlik etdiyi solçu “Syriza” partiyasının ötən ay Avropa Parlamentinə seçkilərdə Yeni Demokratiya Partiyasına 9,5 xal hesabı ilə məğlub olmasından sonra verilmişdi.

Hökumətdən verilən açıqlamaya görə seçkilərin iyulun 7-də keçirilməsi irəli sürülür. Baş nazirin sözlərinə görə, belə tarix son illər əldə edilən iqtisadi artımı zədələyəcək seçkiqabağı proseslərdən yaxa qurtarmaq baxımdan məqsədəuyğun olardı.//Report

DİGƏR XƏBƏRLƏR

Top