14 yaşlı oğlunu vəhşicəsinə döyən ata saxlanıldı


Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat xidmətinin Gəncə Regional qrupundan məlumat verilib. 

Bildirilib ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

DİGƏR XƏBƏRLƏR

Top