Bu ilin ilk 4 ayı ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən ümumilikdə 265,3 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən bildirir ki, yığılan sığorta haqqının 55,2%-ni "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 146,6 milyon manat olub.
Sığorta bazarında ikinci ən böyük pay sahibi Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti hesab olunur. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti bu ilin ilk 4 ayında 33 milyon manatlıq yığıma nail olub.
Bundan başqa "Atəşgah Həyat" şirkəti 12,4 milyon manat, "Atəşgah" şirkəti isə 11,9 milyon manat sığorta haqqı yığıb.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, sığorta bazarının 77,1%-i 3 şirkətin "Paşa", "Atəşgah" və Dövlət Sığorta Kommersiya Şirkətinin payına düşüb.
2019-cu ilin yanvar-aprel ayında sığorta şirkətləri tərəfindən hesablanmış sığorta haqları və sığorta ödənişləri belə olub:
№ | Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
1 | “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 137.5 | 62.0 |
2 | “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 2,351.6 | 2,720.6 |
3 | “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 6,423.2 | 4,934.2 |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 12,370.1 | 3,257.8 |
5 | “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 11,963.7 | 6,426.7 |
6 | “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 1,000.8 | 2,767.0 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 33,009.8 | 4,279.2 |
8 | “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 2,245.8 | 563.6 |
9 | “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti | 4,573.7 | 1,613.7 |
10 | “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 298.4 | 40.3 |
11 | “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 1,229.3 | 699.1 |
12 | “İpək Yolu Sığorta” ASC | 7,870.7 | 52.7 |
13 | “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 11,130.0 | 951.2 |
14 | "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti | 127.8 | 0.9 |
15 | “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 74,597.4 | 17,619.5 |
16 | “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 71,970.2 | 14,675.9 |
17 | “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 3,601.6 | 806.9 |
18 | “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 7,422.6 | 789.0 |
19 | “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 818.1 | 115.1 |
20 | “Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti | 2,785.9 | 1,228.5 |
21 | "Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | - | - |
22 | “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 9,368.2 | 3,047.3 |
YEKUN | 265,296.5 | 66,651.2 |