Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb


Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top