Kadırovun nə qədər qazandığı məlum oldu


Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 2018-ci ilə dair gəlir bəyannaməsini təqdim edib.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, ötən il ərzində Kadırovun ümumi gəliri 7 581 174 rubl (117 min dollar) olub.

Qeyd olunur ki, Çeçenistan rəhbərinin gəliri əvvəlki göstərici ilə müqayisədə 700 min rubl (10,8 min dollar) artıb.

Bundan əlavə Kadırovun mülkiyyətində 3668 kv.m-lik torpaq sahəsi və ərazisi 2344 kv.m olan ev var.

DİGƏR XƏBƏRLƏR

Top