Deputatın "Fuad Azərbaycana niyə gəlir?" sözlərinə - Abbasovun atasından cavab


Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov Bakıda keçirdiyi mətbuat konfransı zamanı Azərbaycan Milli Məcslisinin deputatı Araz Əlizadəyə də cavab verib.

Abbasov Əlizadənin ünvanına bunları deyib:

"Araz Əlizadə Azərbaycan üçün nə edib ki? Fuad Abbasov Rusiyada azərbaycanlıların maraqlarını qoruyurdu".

Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Araz Əlizadə “Yenicag.az”a müsahibəsində Fuad Abbasov üçün “O, Türkiyə vətəndaşıdır və buyursun, getsin Türkiyəyə. Azərbaycana niyə gəlir? Özü televiziya ilə çıxış edəndə, neçə dəfə bildirib ki, mən Türkiyə vətəndaşıyam, mənim sultanım vardı, güclü dövlətimiz vardı, o sultanın qərarlarını qəbul edirəm… Mən o verilişlərə baxmışam. Siz nə istəyirsiz deyin, ancaq mən də deyirəm ki, o, bir dəfə də Azərbaycanın mövqeyindən çıxış etməyib. O, son zamanlar nədənsə, birdən-birə oldu azərbaycanlı, yadına düşdü ki, onun vətəni də var” sözlərini demişdi.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximski şəhər məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Moskva vilayət məhkəməsi də F.Abbasovun apellyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top