Olimpiya Festivalının ulduz səfirləri təqdim olundu


“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri ictimaiyyətə təqdim olunub.

Ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran, məşhur muğam ifaçıları - Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalisti Leyla Rəhimovadır.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyət üzvləri gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top