Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində 1955-ci il təvəllüdlü Abdullayeva Firəngiz Şahlar qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.