Qulu Məhərrəmli: "Televiziyalarda ciddi islahatlar aparılmalıdır"


Televiziyalarda ciddi islahatlar aparılmalıdır. Yeniavaz.com xəbər verir ki, bu sözləri eyruzunsesi.az saytına müsahibəsində teletənqidçi, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

O, bu barədə hər zaman geniş danışdığını dilə gətirib: "Deyəsən mən də bu bərədə bir az çox danışıram. Mənfi cəhəti odur ki, telekanallar cəmiyyəti olduğu kimi ifadə edə bilmir. İnformasiyanın çatdırılmasında plürailizm zəifdir.  Bir az da verilişlər təbliğat xarakterlidir. Ictimai müzakirə proqramları azdır. Düzdür, son zamanlar dirçəliş var. İctimaiTV-də və AzTV-də bunu hiss etmək olur. Televiziya bir vitrindir, millətə və cəmiyyətə aid olan ən yaxşı şeylər orda  görünməlidir. Görünürmü? Əlbəttə yox! Nəyə görə sosial şəbəkələr bizdə bu qədər populyardır? Çünki insanlar televiziyalarda görmədiklərini bu şəbəkələrdə görürlər. Kanallarımızın əksəriyyətində fikir müxtəlifliyi, canlı diskussiyalar, maarifçi proqramlar, tarixə baxış, müazakirə doğuran problemlərin əksi yoxdur, maraqlı aparıcılar, yaxşı şərhçilər yoxdur. Bu məsələlərə kompleks yanaşıb televiziyalarda ciddi islahatlar aparılmalıdır. Televiziya bu milləti, cəmiyyəti doğru-dürüst əks etdirməlidir. Onu şou biznesin, şou adamlarının ümidinə buraxmaq olmaz. Televiziya ilk növbədə bilik mənbəyi olmalı, insanların estetik dünyagörüşünü formalaşdırmalı, yaxın dostuna, sirdaşına çevrilməlidir. Bizdə dağılmış auditoriya və televiziyadan küskün düşmüş tamaşaçılar var, bunları bir yerə toplamağın zamanıdır".

DİGƏR XƏBƏRLƏR

Top