Bu ölkədə yüzlərlə lüks restoran möhürlənib, saxlanılanlar var - SƏBƏB


Böyük Tehran Polis İdarəsinin rəisi Hüseyn Rəhimi bildirib ki, ötən 10 gün ərzində şəhər ərazisində 547 lüks restoran və qəhvəxana möhürlənib.

Qeyd edilən müddətdə şəhərdə namünasib reklamları olan və icəzə verilməyən musiqiləri yayımlayan 547 restoran möhürlənib və bu işlə əlaqəli 11 nəfər saxlanılıb.

Qeyd edək ki, İranda hər il ramazan ayında restoran və digər iaşə obyektlərinin fəaliyyəti səhər əzanından axşam iftar vaxtına qədər qadağan edilir.

Bu qadağanı pozan obyekt və şəxslərə qarşı isə sərt cəza tədbirləri görülür.(APA)

DİGƏR XƏBƏRLƏR

Top