Ermənistanda UNESCO siyahısına daxil olan Axpat monastır kompleksində güclü yanğın olub.
Ölkənin şimalında – Lori vilayətində yerləşən monastırdakı yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası və xilasedicilər cəlb olunub.
Yanğın zamanı zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.
Qeyd edək ki, Axpat monastır kompleksi 1996-cı ildə UNESCO siyahısına daxil olunub.//oxu.az

Tətbiqimizi yükləyə bilərsiniz