İki güləşçimiz Avropa çempionu oldu - VİDEO


İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatında idmançılarımız bir gündə iki qızıl medal qazanıb. 

Yeniavaz.com  xəbər verir ki, Turan Bayramov 1/8 finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz Gürcüstan idmançısına minimal fərqlə qalib gəlib. Pəhləvanımız daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisiylə üz-üzə gələn Turan sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub! 


Abubakr Abakarov qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığmamızın üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə eston rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini də üstələyən Abubakr Avropa çempionu olub!


65 kq
1/8 final - Turan Bayramov - Amiran Vaxtanqaşvili (GEO) 2:1
1/4 final - Turan Bayramov - Marvane Əhməd Yezza (FRA) 3:1
1/2 final - Turan Bayramov - Nikolay Qrahmez (MDA) 3:1
FİNAL - Turan Bayramov - Müslim Səidulayev (RUS) *1:1

79 kq
1/8 final - Abubakr Abakarov - İlya Xamtsov (BLR) 10:0
1/4 final - Abubakr Abakarov - Dominikas Viliusis (LTU) 11:0
1/2 final - Abubakr Abakarov - Erik Reinbok (EST) 10:0
FİNAL - Abubakr Abakarov - Amxad Taşukadziyev (RUS) 3:1
 
 


 

DİGƏR XƏBƏRLƏR

Top