
Azərbaycan Prezidenti İlham Əliyev bu ayın 21-də Belarusun paytaxtı Minskə səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı 21-30 iyun tarixlərində Minskdə keçirilməsi nəzərdə tutulan 2-ci Avropa Oyunlarının təşkilat komitəsi yayıb.
Məlumatda bildirilir ki, Prezidenti İlham Əliyevin Minskə gözlənilən səfərilə bağlı məsələlər Belarus xarici işlər nazirinin müavini Andrey Dapkunas və Azərbaycanın Minskdəki səfiri Latif Qəndilov arasında müzakirə olunub.
Qeyd edək ki, 15 idman növü üzrə keçiriləcək 2-ci Avropa Oyunlarında 50 ölkədən 4 mindən çox idmançı qatılacaq.
Onu da bildirək ki, ilk Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz