Saakaşvili parlament seçkilərinə hansı partiya ilə qatılacağını AÇIQLADI


Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş meri Mixeil Saakaşvili özünün “Yeni güclərin hərəkatı” partiyası ilə Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə M.Saakaşvili rəsmi “Facebook” səhifəsində paylaşdığı videoda bildirib.

Qeyd edək ki, bundan əvvəl Kiyev şəhərinin meri Vitali Kliçko Saakaşviliyə özünün “Udar” partiyasına rəhbərlik etməyi təklif edib. M.Saakaşvili V.Kliçkonun təklifini qəbul etməyib.  

DİGƏR XƏBƏRLƏR

Top