Almaniyada avtobus qəzasında 21 uşaq xəsarət alıb


Almaniyada içərisində 21 nəfər uşaq olan avtobus qəzaya düşüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Arnştadt şəhəri yaxınlığında turist avtobusu avtomobillə toqquşub. Nəticədə 21-i azyaşlı olmaqla 23 nəfər xəsarət alıb.
Avtobusta ümumilikdə 50-ə yaxın uşaq olub. Qəzanın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma davam etdirlir.

DİGƏR XƏBƏRLƏR

Top