Bu tarixdə televiziya kanallarımız işləməyəcək


İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.

“Teleradio” İstehsalat Birliyindən Yeniavaz.com-a verilən məlumata görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-da və dördüncüsü dekabrın 9-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top