Problemli kreditlərlə bağlı fərmanın bank sektoruna təsiri - RƏQƏMLƏR


Bu ilin may ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 13 milyard 11,4 milyon manat kredit verilib.

Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 10,1% və ya 1 milyard 195,6 milyon manat artıb.

Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi kəskin azalıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin may ayının əvvəlinə problemli kreditlərin həcmi 205 milyon manat və ya 12% azalaraq 1 milyard 503,8 milyon manata düşüb.

Onu da bildirək ki, ötən ilin may ayının əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 14,5% paya malik olsa da, bu ilin may ayının əvvəlində 11,6%-ə düşüb. 

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin fevral ayında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top