
Məlumdur ki, günümüzün ən çox yayılan xəstəliklərindən biri də xərçəngir. Bu xəstəliyə uşaqdan böyüyə hər kəs tutula bilər. Bu bəzən irsi, bəzən də müxtəlif səbəblərdən qaynaqlanır. Xəstəliyin müalicəsi isə daha çox kimyaterapia üsulu ilə aparılır.
Yeniavaz.com xarici KİV-ə istinadən kimyaterapiya effekti verən "Guanabana" adlı təbii meyvənin faydalarını təqdim edir:
Elmi adı "Annona Muricata" olan guanabana, "graviola", "soursop" və "cherimoya" kimi adlarla tanınır. Bu ağac Braziliyada "Graviola", Latın Amerikada isə "Guanabana" adlanır. "Graviola" - içi ağ ətlidir, şirindir və qidalara çiy halda qatılaraq istehlak edilir.
Yetərincə böyük olan meyvə süd vəzi və prostat xərçəngi kimi bir çox növlərin müalicəsinə təsir edir. Bu meyvəyə olan maraq, məhz elə onun xərçəng xəstəliyini müalicə etməsindən irəli gəlir. Xərçəngi tamamilə sağaltmasına dair hələ heç bir elmi sübut olmasa da, kimyaterapiya effektli olduğu və xərçəng hüceyrəsinin inkişafında ləngitmə yaratdığı təstiq olunmuşdur. Təəccüblü olan başqa bir məqam da odur ki, qraviola meyvəsinin ekstraktı təkcə xərçəng hüceyrələrini məhv edir, sağlam hüceyrələrə isə təsir etmir.
Bu meyvə eyni zamanda yuxu pozğunluğu, yüksək temperatur, öskürək və ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur.
Tətbiqimizi yükləyə bilərsiniz