Əkrəm İmamoğlu və Binəli Yıldırımın debata çıxacaqları kanal bəlli olub


Türkiyənin İstanbul şəhərində təkrar keçiriləcək bələdiyyə seçkilərində iki ən böyük namizəd debata çıxacaq.
Yeniavaz.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, CHP və İYİ partiyanın namizədi Əkrəm İmamoğlu AKP və MHP-nin namizədi Binəli Yıldırım media orqanlarından gələn təklifləri nəzərə alaraq canlı debata çıxmağa razı olublar. Onlar Türkiyənin dövlət kanalı TRT-də qarşılaşacaqlar. Debatın hansı tarixdə baş tutacağının isə iyun ayının 10-da açıqlnması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top