"Huawei" smartfonlarında bu tətbiqlər olmayacaq

"Google"dan sonra "Facebook" da Çinin "Huawei" şirkətinə zərbə vurdu. Belə ki, qəbul edilən qərara görə, yeni "Huawei" smartfonlarına "Facebook", "Instagram" və "WhatsApp" tətbiqləri yüklənməyəcək.

Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, qərar hazırda istifadə olunan "Huawei" telefonlarına aid edilmir. Hazır ki, "Huawei" istifadəçiləri "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərini istifadə edə və yeniləyə biləcəklər.

Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyi Çinin "Huawei" şirkətini və onun 70 bölmsini qara siyahya daxil edib.

DİGƏR XƏBƏRLƏR

Top