Tramp: "Biz hələ heç başlamamışıq"

Çin ABŞ ilə yeni ticarət razılaşması imzalamağa hazırlaşır.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Leo Vardakar ilə görüş zamanı deyib. Onun sözlərinə görə, Çin yeni bir razılığa gəlmək istəyir: "Mən buna şübhə etmirəm. Bütün addımlar onların bu razılaşmanın olmağını göstərir. Bu razılaşma doğru zamanda baş verəcək".

Prezident D.Tramp onu da qeyd edib ki, onun ölkəsi daha əvvəl heç vaxt Çindən belə məbləğdə rüsumlar almayıb: "Biz hələ heç başlamamışıq. Hal-hazırda olan rüsümlar bizim danışdığımız rəqəmlərlə müqayisədə çox azdır".

Qeyd edək ki, ABŞ prezidenti D.Tramp əgər Çin ilə ortaq razılaşmaya gəlinməzsə, Çindən gətirilən məhsullara əlavə olaraq 300 milyard dollar gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top