Son iki gün Azərbaycanda 27 zəlzələ olub


“Son iki gündə respublika ərazisində baş verən kiçik maqnitudalı zəlzələlərin sayı artıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, son iki gündə ölkə üzrə 27 zəif zəlzələ olub, onların arasında hiss olunan zəlzələ azdır:

“Misal üçün, Zaqatala zəlzələsini bir-iki adam hiss edib, dünən Xəzərdə baş verən zəlzələ də hiss olunmayıb. Burda qorxulu bir şey yoxdur, yerdaxili proseslərdir”. 

DİGƏR XƏBƏRLƏR

Top