Rusiyada məşhur erməni jurnalist mübahisə etdi, xəstəxanaya yerləşdirildi - VİDEO


Russia Today" telekanalının və "Sputnik" xəbər agentliyinin baş redaktoru olan erməni əsilli  Marqarita Simonyan xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Simonyan  "Twitter" hesabında qeyd edib. 

Marqarita Simonyan qeyd edib ki, "Exo-Moskva" radiosunda olarkən Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası Lyubov Sobol ilə mübahisə edib.

Simonyan bildirib ki, Fondun hüquqşünası ona Moskvanın meri Sergey Sobyanin haqqında suallar verib və mübahisə də bu zaman yaranıb. Mübahisə zamanı Baş redaktorun vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb. 

Məlumat üçün bildirək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin Marqarita Simonyanı yüksək dövlət mükafatı olan "Aleksandr Nevski" ordeni ilə təltif edib. Kreml sarayında təşkil olunan təltifolunma mərasimində Vladimir Putinlə Marqarita Simonyan arasında maraqlı dialoq qeydə alınıb.

Mərasim zamanı Vladimir Putin Marqarita Simonyana alkoqollu içki icməyi qadağan edib.

Putin Marqarita Simonyanın hamilə olduğuna işarə edərək bildirib ki, sən içki içə bilməzsən.

Daha sonra Putin əlavə edib ki, artıq mən bunun planlı olduğunu düşünürəm, çünki hər dəfə qarşılaşdığımızda hamilə olursan. Marqarita Simonyan isə zarafatla bildirib ki, bunu planlı şəkildə etmir.

DİGƏR XƏBƏRLƏR

Top