6 il əvvəl törədilən cinayətin üstü açıldı - TƏFƏRRÜAT


Polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb.

Yeniavaz.com DİN-nə istinadən xəbər verir ki, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını almışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyən edilərək saxlanılmışdır.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top