Yəmən Səudiyyə Ərəbistanının ərazisinə soxuldu - VİDEO


Yəmənin “Ənsar Alla” (husilər) hərəkatının döyüşçüləri son üç sutka ərzində Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nacran əyalətində bu ölkənin ordusunun mövqelərinə irimiqyaslı hücuma keçiblər və bir sıra hərbi və polis sərhəd məntəqələrini ələ keçiriblər. Yəmənin “Saba” agentliyinin bildirdiyinə görə, 20-dən çox məntəqə husilərin əlinə keçib.

Husilərin komandanlığı bildirib ki, Səudiyyə Ərəbistanının ordusunun və təhlükəsizlik qüvvələrinin obyektləri 72 saatlıq əməliyyat nəticəsində monarxiyanın ərazisinə daxil olmaqla ələ keçirilib.

Mənbə qeyd edir ki, husilər üç istiqamətdən hücuma keçiblər. Hərbi əməliyyatların gedişində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 200-dən çox əsgər və zabiti öldürülüb, Ər-Riyadın başçılıq etdiyi koalisiyaya məxsus 20-dən artıq zirehli avtomobil məhv edilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri tərəfindən hücuma keçmiş husilərin mövqelərinə 75-ə yaxın hava zərbəsinin endirildiyi bildirilir. Lakin bu zərbələr Yəmən döyüşçülərinin hücumunu dayandıra bilməyib.

Hələlik krallıq hakimiyyəti husilərin Səudiyyə Ərəbistanı ərazisinə irimiqyaslı müdaxiləsi barədə rəsmi məlumat verməyib.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top