Ramil Usubov Gəncədə polis bölməsinin rəisini dəyişib - SƏBƏB

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsininNizami rayonPolis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olub.

Onun yerinə polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib. O daha əvvəl Şəmkir rayon Polis Şöbəsinin Zəyim Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top