İranda naməlum şəxslər polis patrul komandasına hücum edib, bir polis ölüb

İranın Kirman əyalətində naməlum silahlı şəxslər polis patrul komandasına hücum edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, minik avtomobilinin sərnişinləri Kirman əyalətinin Rudbar şəhərinin Pong kəndində polis patrul komandasına odlu silahla hücum ediblər. Hadisə nəticəsindəMəhəmmən ƏminAllahdadi adlı polis zabiti aldığı güllə yarasından həyatını itirib.

Hücum edən silahlı şəxslər hadisə yerindən qaçıb.

Hazırda onlarınaxtarışı davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top