Azay Quliyev: "Vətəndaş cəmiyyəti Azərbaycan parlamentinin əsas nəzarət mexanizmlərindəndir"

“Vətəndaş cəmiyyətinin aktorları fərdlərin səsidir və bu aktorlar hökumətin fəaliyyətinə nəzarət edilməsində Azərbaycan parlamentinin yaxın tərəfdaşlarıdır”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu sözləri Tbilisidə ATƏT PA-nın dəstəyi ilə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfransda çıxışı zamanı ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin üzvü Azay Quliyev belə deyib. Bildirib ki, Azərbaycan bu sahədə öz təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır.

"Parlamentlə Qeyri-Hökumət Təşkilatları arasında əməkdaşlıq hökumətin fəaliyyətinin effektivliyinin təmin edilməsi baxımından böyük önəm daşıyır. Çünki vətəndaş cəmiyyətinin aktorları cəmiyyətin fərdlərinin səsidir. Ölkəmiz bu sahədə əldə etdiyi nailiyyətləri və təcrübəsini digər ölkələrlə də paylaşa bilər. Biz vətəndaş cəmiyyətinin potensialını kiçik görməməliyik",-deyə Azay Quliyev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top