Gürcüstan parlamentinin sədri Azərbaycanda müzakirə edəcəyi məsələləri açıqlayıb

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun üçüncü həftəsi Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.

O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: "Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".

DİGƏR XƏBƏRLƏR

Top