Ağcabədidə EV YANIB

Ağcabədi rayonunda yanğın baş verib.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın rayonunTəzəkənd kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, yaxınlıqda ümumi sahəsi 70 m² olan qamışdan ibarət köməkçi tiklili və 80 m² sahədə qamışlıq yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top