"Mercedes" 45 minə yaxın avtomobili geri çağırır


Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz" Çin bazarında satdığı 44 min 900 avtomobili təkər nasazlıqlarına görə geri çağırır.

Yeniavaz.com azvision.az - a istinadən xəbər verir ki, oktyabrın 25-dən başlanacaq proses zamanı 2016-cı ilin aprel-may aylarında istehsal edilmiş avtomobillər geri çağırılacaq. 

İstehsalçı şirkətin Çindəki müştərək müəssisələri olan "Mercedes-Benz (China) Automotive Sales" və "Beijing Benz Automotive" avtomobillərdəki nasaz detalları yoxlayaraq dəyişəcək. 

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərdəki nasaz detalların təhlükə yarada biləcəyi fikrindədirlər. 

DİGƏR XƏBƏRLƏR

Top