Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib


İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Yeniavaz.com MN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib. İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top