Bakı sakininin avtomobilindən 11 kq civə götürülüb


Bakı şəhər sakininin avtomobilindən 11 kiloqram civə götürülüb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top