Azərbaycan vətəndaşı rüşvətə görə tutuldu


Rusiyanın Smolensk vilayətinin Xislaviça rayonunda Azərbaycan vətəndaşı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşına rüşvət verdiyi üçün tutulub.

Yeniavaz.com virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı vilayət Sərhəd İdarəsinin əməliyyat müvəkkilinə 50 min rubl rüşvət kimi verərək gətirdiyi almanı müvafiq sənəd yoxlaması olmadan sərhəddən keçirmək istəyib.

Lakin sərhədçi azərbaycanlının ona eyhamla rüşvət təklif etməsi barədə yerli hüquq-mühafizə orqanlarına bildirib. Bundan sonra proseslər əmliyyat-axtarış tədbirləri çərçivəsində davam edib.

Azərbaycan vətəndaşı 50 min rublu FTX əməkdaşına verərkən tutulub, onun barəsində vəzifəli şəxsə rüşvət vermə ittihamı ilə cinayət işi qaldırılıb.

“Hazırda müstəntiqlər cinayətin bütün xüsusatlarını araşdırmaq üçün istintaq hərəkətləri aparır, müvafiq sübut bazasını möhkəmləndirir. Şəxsə qarşı barəsində həbs qətimkan tədbiri seçilməklə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı davam edir”-vilayət İstintaq Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən rüşvət vermə faktı mayın 26-da qeydə alınıb, amma məsələ barədə rəsmi məlumat bu gün iyunun 5-də açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top