Azərbaycanda qohumunun evindən 6 min manatlıq oğurluq edən saxlanılıb


Zərdab rayonunda qohumunun evindən pul və qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top