Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir - ALİMLƏR


Stomatoloqlar diş müalicə edib və ya çəkdikdən sonra antibiotik təyin edir. Çox zaman bunu xəstəni və sonrakı infeksiya, iltihabı önləmək üçün təyin edirlər. Alimlər bildirir ki, 80% hallarda bu təyinat boşunadır.

Yeniavaz.com medicina.az-a istinadən xəbər verir ki, Çikaqo universitetinin mütəxəssisləri tədqiqatları nəticəsində 168 min nəfər stomatoloq pasiyentinin məlumatlarını və reseptlərini araşdırıb.

Məlum olub ki, 81% hallarda antibotiklərin təyinatı üzrə milli və beynəlxalq tövsiyyələrə uyğun olmayıb, reseptlərin çoxu ürək xəstəliyi riski olan pasiyent qrupuna yazılmayıb.
 
Təkcə ABŞ-da ümumilikdə təyin olunan antibiotiklərin 10%-ni stomatoloqlar təyin edir. Bu da tibbdə çox yüksək göstəricidir. Xüsusən diş implantı zamanı daha çox antibiotik təyin olunur. 

Həddən artıq və əsassız antibiotik təyinatı bakteriyaların dərmana rezisdentliyini artırır. 

ABŞ-da stomatoloqların sevimli antibiotiki klindamisindir. 

DİGƏR XƏBƏRLƏR

Top