Bakıda oğlan qatar altında qaldı


Biləcəri rayonu, Dəmir yol stansiyasında “Daş bazarı” yaxınlığında 22 yaşlı oğlanı qatar vurub. 
Səhiyyə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 05.51-də daxil olub: 

“Hadisə yerinə gələn həkim briqadası piyadanın ayaqlarının qatar altında qaldığını görüb. Ağır xəsarət alan gənc dərhal travmatologiya institutuna çatdırılıb. Müayinədən sonra həkimlər yaralının hər iki ayağını amputasiya etmək məcburiyyətində qalıblar. Baş vermiş hadisə barədə Binəqədi rayon polis idarəsinə məlumat verilib”.

DİGƏR XƏBƏRLƏR

Top