Ağcaqanadlar Azərbaycana da malyariya gətirib - AÇIQLAMA


Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər  il 700 milyon insan ağcaqanaddan müxtəlif xəstəliklərə yoluxur. Onlar arasında ən geniş yayılanı isə malyariyadır. Son zamanlar isə zika virusunun digərləri ilə müqayisədə daha geniş vüsət aldığı açıqlanıb. Bu virusun hazırda dünyanın 21 ölkəsində geniş yayıldığı bildirilir. ÜST-ün açıqlamasına görə, hər il 1 milyondan artıq insan məhz bu səbəbdən dünyasını dəyişir. Ölkəmizdə havaların istiləşməsi ağcaqanadlarla bağlı problemi yenidən gündəmə gətirib. Respublikanın baş infeksionisti Cəlal İsayev açıqlamasında hazırda respublika ərazisindəki son durumdan danışıb: “Ağcaqanadın yaydığı xəstəliklərdən biri də malyariyadır. Öncələr bu xəstəliyə daha çox təsadüf edilir. Bu gün isə Azərbaycanda tək-tək də olsa, bu xəstəliyə təsadüf edilir". "Xəstəliyin sayında olan azalmalar isə aparılan tədbirlərlə bağlıdır. Belə ki, keçiriciliyi olan ağcaqanadlar qırılır, onların inkişafının qarşısının alınması üçün müəyyən işlər görülür. Eyni zamanda da ağcaqanadların insanları yoluxdurmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Bundan başqa xəstələrin zamanında aşkarlanıb müalicə alması da müsbət nəticələr doğurub”. Ekspert türkəçarə olaraq evlərdə ağcaqanad öldürən dərmanlardan istifadə etməyi məsləhət görüb.(Sputnik Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top