Güləşçimiz Avropa çempionatında erməni ilə üz-üzə


İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə gənclərin Avropa çempionatında bu gün bir medal qazana bilərik.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Zaur Əliyev (-55 kq) bürünc medal qazanmağa çalışacaq.

Ancaq o, bu medalı qazanmaq üçün Ermənistan güləşçisi Qevorq Sukiasyanı məğlub etməlidir.

Qeyd edək ki, daha bir güləşçimiz Əsgər Əlizadənin (-60 kq) də medal qazanmaq şansı var. O, 1/8 finalda rumıniyalı, 1/4 finalda isə rusiyalı rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top