Ali Məhkəmə AXCP fəalı ilə bağlı QƏRAR VERDİ - FOTO


Ali Məhkəmədə AXCP fəalı, partiyanın Gənclər Komitəsinin Ali Məclisinin üzvü Orxan Baxışlınının kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, kassasiya şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiya baxıb.

Kollegiyanın qərarına əsasən, Orxan Baxışlının barəsindəki hökm dəyişdirilərək, 6 il azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, O.Baxışlı Cinayət Məcəlləsinin 234.2. (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhruim edilib.

DİGƏR XƏBƏRLƏR

Top