Abdulbari Gözəl: Qanunlarımızın düzgün işləməsini, ədalətli olmasını istəyirəm

Biz dövlətə ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyirik.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı “Azərsun Holding”in prezidenti Abdulbari Gözəl deyib.

Onun sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz:

“Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar”.

Holdinq rəhbəri Azərbaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu deyib:

“Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da altı il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top