
Qara pomidor. Hər nə qədər qəribə səslənsə də artıq qara rəngli pomidorlar da bir çox ölkələrdə yetişdirilir. Tərəvəzin əsas vətəni isə Cənubi Afrikadır. Qara pomidorun bir çox növləri var, onların rəngi tünd bənövşəyidən, qəhvəyi rəngə qədər ola bilir. Bu pomidor qırmızı pomidora nisbətən daha çox faydalıdır.
Yeniavaz.com xarici KİV-ə istinadən sizlərə qara pomidorun faydalarını təqdim edir:
Alimlər qara pomidorun qırmızı pomidora nisbətən daha faydalı olduğunu deyirlər. Qara pomidorun tərkibində daha çox vitamin və antioksidant var. Bu pomidora qara rəng verən antosian maddəsi xərçəng və ürək-damar xəstəliklərinə qarşı mübarizə aparır, immun sistemini gücləndirir, erkən yaşlanmanı gecikdirir. Bundan əlavə qara pomidor şəkər xəstəliklərində də müsbət təsirə malikdir. Qara pomidorun tərkibində C və A vitaminləri var. C vitamini bu pomidorda daha çoxdur.
Qeyd etmək lazımdır ki, Respublikamızda da bu pomidor növü yetişdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz