İlk uşağını avtomobildə dünyaya gətirdi - KÖRPƏ ÖLDÜ


Hadisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.
Yeniavaz.com xəbər verir ki, Yevlax rayonunun Xaldan qəsəbəsindən minik maşını ilə Mingəçevir xəstəxanasına gətirilən və ana olmağa hazırlaşan 1997-ci il təvəllüdlü Qarayeva Aytac Asif qızı avtomobilin salonunda dünyaya qız uşağı gətirib. Ancaq həkimlərin bütün cəhdlərinə baxmayaraq yeni doğulmuş körpəni xilas etmək mümkün olmayıb. Onun ölü vəziyyətdə doğulduğu və ya doğuşdan dərhal sonra öldüyü deyilir.
Qeyd edək ki, bu, gənc ananın ilk hamiləliyi olub.
 
Esmria Hidayəova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top