Azərbaycanda ən maraqlı ədəbiyyat dərsini bu müəllimə keçir


Fərqli salamlaşma olur, ardından isə himn oxunur. Onun ilk dərsi belə başlayır. Söhbət  Mingəçevirdə yerləşən 20 nömrəli orta məktəbin fiziki məhdudiyyətli dil-ədəbiyyat müəlliməsi Günel Bəylərqızından gedir.
Yeniavaz.com xəbər verir ki, bu təhsil ocağında dil-ədbiyyat dərsinin tədrsi  digərlərindən fərqlənir. Fənn müəllimi Günel Bəylərqızı sinifə daxil olub şagirdlərlə salamlaşır, hal-əhval tutur. Amma bu hal biraz fərqli baş verir. Belə ki, müəllimə uşaqlarla salmalaşmadan sonra soruşur ki, uşaqlar nə var, nə yox? Onların cavabı isə belə olur - Allah var, şəriki yox. Yüksək əhval ruhiyyədə dərs başlayır. Müəllimə şagirdlərin sərbəstliyi üçün, fikirlərini ifadə etmək üçün şagirdlərə şəarit yaradır. Keçirilən mövzuya uyğun sinif otağına quraşdırılan monitorda videorolik nümayiş etdirlir. Dərs zamanı şagirdlərin yorğunluğunu hiss edən müəllim bacarığı olanlardan birini meydana dəvət edib, başlayır onlarla bərabər oxumağa. Elə bu səbəbdən şagirdlər dərsin 45 dəqiqə deyil, 15 dəqiqə olduğunu zənn edirlər.
Fərqli dərs bununla yekunlaşmır, hava şəaritinə uyğun məktəbin həyətində, müəyyən məkanlarda davam etdirilir. 14 ildir müəllimlik edən Günel Bəylərqızı, səhhətində yaranan çətinliyə baxmayaraq, ilk fəaliyyətə başladığı gündən belə davam etdiyini deyir.
Şagirdlər də dərsdə gümrah, sevincli görünürdülər. Onlar dil-ədəbiyyat fənnin belə fərqli üsulla tədrisindən heç zaman yorulmurlar və hətta dərsin bitməsini də istəmirlər.
Vətənpərvər müəllim şagirdləri Cocuq Mərcanlı kəndinə və hərbi hissələrə aparır. Məktəbdə şəhidlər haqqında onlara məlumatlar verir. Bunlardan başqa müəllimə şagirdləri ilə birlikdə uşaq evində tez-tez olur. O yaxın günlərdə - tətil zamanı   isə, şagirdləri ilə birgə Bakı şəhərində yerləşən qocalar evinə getməyi planlaşdırır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top