Dağlıq Qarabağa daha bir qanunsuz səfər - Bu dəfə ABŞ-dan


ABŞ-ın Sirakuza Universitetinin vətəndaş və ictimai əlaqələr üzrə Maksvel məktəbinin Siyasətşünaslıq şöbəsinin dosenti Rayan Qrifitsi işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, amerikalı alim seperatçı rejim tərəfindən qurulan "parlamentin" sədri Aşot Qulyanla görüşüb və qondarma respublikanın beynəlxalq ictimaiyyət tərəfindən tanınması məsələlərini müzakirə ediblər.
Xankəndində basdırılan terrorçuların qəbirlərini ziyarət edib.
Stefan Kotre görüş zamanı bildirib ki, seperatçı rejimin Avropada tanıdılması istiqamətində fəaliyyət göstərəcəklər.

Məlumat üçün bildirək ki, ötən həftə "Almaniya üçün Alternativ" partiyasının nümayəndəsi  Stefan Kotre də Dağlıq Qarabağa səfər edib və bu səfərdə də əsas müzakirə mövzusu seperatçı rejimin Avropada tanıdılması məsələsi olub.
Onu da bildirək ki, ötən ay İsveçin Lund Universitetinin müəllimi, dünyada soyqırımların tarixini araşdıran Svante Lundqren də  seperatçı rejimin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib. Bölgəyə qanunsuz səfər edən isveçli alim burada yerləşən universitetdə bir qrup müəllim və tələbələri üçün mühazirə oxuyub.

Bundan başqa aprel ayında Fransadan bir qrup həkim Qarabağa qanunsuz səfər edərək, tibb mərkəzlərindən birində xəstələr üçün əməliyyatlar həyata keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top