Qazaxıstanda polis rəisi ermənilərə görə işdən çıxarılıb - SƏBƏB


Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin yol polisi idarəsində işləyən komandirlərdən biri ermənilərə görə işdən çıxarılıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, Nur-Sultan şəhərində yol polisi idarəsində alay komandiri vəzifəsində işləyən Bauırjan Xantemirovun tabeliyindəki işçilərə üzərində Ermənistan dövlət nömrə nişanı olan avtomobillərin yoxlanılması barədə qanunsuz tapşırıq verdiyi iddia olunur.
Bauırjan Xantemirovun öz işçisinə telefonla verdiyi tapşırığın səs yazısı yayılıb. Səs yazısından belə başa düşülür ki, alay komandiri işçilərə göstəriş verir ki, üzərində Ermənistan dövlət nömrə nişanı olan bütün avtomobillər yoxlanısın və ona məruzə edilsin. Bauırjan Xantemirova aid olduğu iddia olunan səs yazısında qeyd olunur ki, həmin avtomobillər qayda pozmasalar belə, saxlanılıb yoxlanılmalıdır.
Yayılan səs yazısından sonra Bauırjan Xantemirov tutduğu vəzifədən azad olunub.
Məsələ ilə bağlı Ermənistanın Qazaxıstandakı səfiri Qaqik Qaleçyana izahat verilib və bildirilib ki, bu yoxlma ermənilərlə bağlı deyilQazaxıstan vətəndaşları tez-tez Ermənistandan avtomobillər alırlar və dövlət nömrələrini dəyişmədən istifadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top