Yasamalda maşın dərəyə aşdı - 2 nəfər öldü


Bakının Yasamal rayonunda “Ravon” markalı minik avtomobili dərəyə aşıb, iki nəfər həyatını itirib.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top