Ermənistanda Soros fondu qarşısında aksiya


Ermənistanda "VETO" hərəkatı Soros fondunun (Fondun rəsmi adı "Açıq Cəmiyyətdir") Yerevan filialı qarşısında ikinci etiraz aksiyası keçirib.Yeniavaz.com  "Sputnik"ə istinadən xəbər verir ki, onlarla etirazçı fondun binası qarşısına toplaşıb.

Etirazçılar rus və ingilis dillərində "Stop Soros" yazılan plakatlar saxlayıb və onların fikrincə Ermənistanda fondun maraqlarını irəli çəkən şəxslərin fotolarını tutublar.

"VETO" hərəkatının rəhbəri, Ermənistan polisinin sabiq rəhbərinin müşaviri Narek Malyan bəyan edib ki, ofisin işçilərin və onunla əməkdaşlıq edənlər xarici agentlərdir və onların fəaliyyətinin qarşısını almaq lazımdır.

Polis etirazçıların ofisin binasına yaxınlaşmasının qarşısını alıb. Etirazçılar onların binaya buraxılmasını tələb etsə də, polis onların bu tələbini yerinə yetirməkdən imtina edib.

Buna cavab olaraq Malyan bir neçə nəfərlər birgə polis mühasirəsini yarmağa çalışıb. Bir neçə dəqiqə davam edən qarşıdurmadan sonra erməni fəallar geri çəkilib.

Bundan sonra Malyan siyasi qüvvələri Soros fondu qarşısında toplaşmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top