İlkin Həsəni BNA-nı sərt tənqid etdi: "Avtoorqiya..." - VİDEO


Tanınmış aparıcı və aktyor İlkin Həsəni Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətini tənqid edib.


Həsəni “Gənclik Mall” ticarət mərkəzinin qarşısından görüntü paylaşaraq yollardaskı vəziyyəti bu sözlərlə ifadə edib:

“Yenə həftəsonu “Gənclik Mall”ın qarşısında tıxac, dərəbəylik, avtorgiya, bir sözlə, hər şey var. Avtomobilləri saxlayıb, gediblər. Taksilər dayanacağı zəbt edib. Bu insanlara və sürücülərə görə tıxacda qalırıq. 


Əslində, BNA-nın son illər ərzində gördüyü işləri ən çox alqışlayanlardanam. Cərimələmək səlahiyyətini əldə edəndən sonra düşündüm ki, ilk səliqə-səhman “Gənclik Mall”ın qarşısından başlayacaq, amma...”



(Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top