Zelenski Ukraynanın keçmiş Prezidentinə vəzifə verdi


Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin keçmiş dövlət başçısı Leonid Kuçmanı Ukraynanın Donbassda nizamlama üzrə təmas qrupunun nümayəndəsi təyin edib.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, bunu V. Zelenski brifinqdə deyib.
Onun sözlərinə görə, iyunun 5-də Minskdə Ukrayna tərəfindən Leonid Kuçmanın başçılığı ilə təmas qrupunun növbəti görüşü olacaq: "Kiyevin Donbass üzrə konkret təklifləri və yeni həll yolları var. Lakin heç kəs Ukraynanın ərazisi və suvereniyi ilə ticarət aparmayacaq".

DİGƏR XƏBƏRLƏR

Top